PDF Oxu

Xəbərlər

  • 71

Aydın Mirzəzadə: Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır

Aydın Mirzəzadə: Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır

"Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır". Bu fikirləri yap.org.az saytına Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən strukturdur. Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması yönündə indiyə qədər dövlət tərəfindən vacib addımlar atılıb.

Deputatın fikrincə, bu faktlar torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini qonşu dövlətlərin torpaqlarını işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur.

"Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur"- deyə komitə sədrinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər