PDF Oxu

Xəbərlər

  • 60

Rusiyalı gənclər “İrəli” İctimai Birliyində olmuşlar

Rusiyalı gənclər “İrəli” İctimai Birliyində olmuşlar

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, Gənclərin İctimai Palatasının nümayəndələrindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti "İrəli" İctimai Birliyinin fəalları ilə görüşmüşdür.

"İrəli" İB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, rusiyalı gənclərin ölkəmizə səfəri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın dəvəti ilə reallaşdırılmışdır.

Görüşdə qonaqlara "İrəli" İB-nin fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq layihələri haqqında məlumat verilmiş və birgə əməkdaşlıq çərçivəsində görüləcək işlər müzakirə edilmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

AzərTAc



Digər xəbərlər