PDF Oxu

Xəbərlər

  • 40

“Dağlıq Qarabağ probleminin həlli üçün təcavüzkar Ermənistana təzyiqlər artırılmalıdır”

“Dağlıq Qarabağ probleminin həlli üçün təcavüzkar Ermənistana təzyiqlər artırılmalıdır”

"Azərbaycanın ATƏT ilə əməkdaşlığı uğurla davam edir. Biz 20 ildir ki, əməkdaşlıq edirik və bu müddət ərzində xeyli nailiyyətlər qazanmışıq". Bu fikirləri Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bu beynəlxalq təşkilatın digər strukturlarla da əlaqələrinə xüsusi önəm verilir. Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan ATƏT-in demokratiya, insan haqları ilə bağlı qərarlarına hörmətlə yanaşır və qəbul edir.

"20 ildir ki, ATƏT, BMT TŞ, Avropa İttifaqı, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərmək istəyir. Lakin bir məsələni anlamalıyıq ki, təcavüzkar ilə təcavüzə məruz qalana fərq qoyulmayana qədər bu problem öz həllini tapmayacaq. Ən başlıcası, təcavüzkar Ermənistana təzyiqlər artırılmalıdır. Bu belə olmasa Ermənistan yenə də beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayacaq. Bunlara baxmayaraq, hamı bilməlidir ki, Azərbaycan bütün mümkün vasitələrdən istifadə edərək, hətta müharibə yolu ilə torpaqlarını azad edəcək"- deyə birinci vitse-spiker qeyd edib.

Digər xəbərlər