Respublikamızın çıxarıla bilən karbohidrogen ehtiyatları 4,5 milyard, proqnoz ehtiyatlar isə 10 milyard ton şərti yanacaq həcmində qiymətləndirilir.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirmişdir.
Gələn il Xəzərin dənizinin Azərbaycan sektorunda "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində tikinti işlərinə başlanacağını deyən R.Abdullayev zəruri infrastrukturun yaradılması çərçivəsində bütün inşaat işlərinin Azərbaycanda həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
"Şahdəniz", "Ümid", "Abşeron" və digər yataqların kəşf edilməsinin ölkəmizin karbohidrogen ehtiyatlarının həcmini daha da artırdığını vurğulayan R.Abdullayev bildirmişdir ki, Azərbaycan enerji təhlükəsizliyini tam təmin etmişdir. Ölkəmiz Türkiyə, Gürcüstan və bir sıra ölkələrin də enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır.
yap.org.az