"Elm, eləcə də ali təhsil haqqında qanunlar çox ciddi sənədlərdir. Ona görə də, bu sənədlərin mükəmməl hazırlanmasına xüsusi diqqət yetirilir". Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, ölkəmizin ali təhsil sistemi Boloniya prosesinə qoşulub. Onun sözlərinə görə, bununla əlaqədar aparıcı Avropa ölkələrinin bu sahədə qanunlarını da dərindən öyrənib təhsil sistemimizə tətbiq etməliyik.
"Bu qanunların hazırlanması istiqamətində müvafiq işçi qrupu lazımi işlər aparır. Biz müzakirələrə mükəmməl bir sənədlər təqdim etməliyik. Ona görə də, bu prosesdə tələskənliyə yol vermək olmaz"- deyə, komitə üzvü qeyd edib.
yap.org.az