Bu gün Vaşinqtonda növbəti ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu keçiriləcək. XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar nazirliklərinin, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidmətinin təmsilçiləri daxildir. ABŞ nümayəndə heyətinə isə dövlət katibinin müavini Endrü Şapiro rəhbərlik edir. Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik problemləri və digər aktual məsələlər müzakirə olunacaq. Qeyd edək ki, bu, sayca 13-cü görüşdür.
yap.org.az