PDF Oxu

Xəbərlər

  • 62

Sədaqət Vəliyeva: Dövlətin həyata keçirdiyi tədbirlərin uğurla icrası öz nəticəsini verib

Sədaqət Vəliyeva: Dövlətin həyata keçirdiyi tədbirlərin uğurla icrası öz nəticəsini verib

"Qeyd etmək lazımdır ki, dövlətin sosial siyasəti cəmiyyətin bütün təbəqələrinə, ilk növbədə isə, əhalinin yoxsul kəsiminin həyat şəraitinin yüksəldilməsinə yönəlib. Dövlətin həyata keçirdiyi tədbirlər - yeni iş yerlərinin yaradılması, maaş və təqaüdlərin artırılması, veteranlara, əlillərə, məcburi köçkün ailələrinə dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafı proqramlarının uğurla icrası öz nəticəsini verib. 2011-ci ilin göstəricisinə əsasən, yoxsulluq 7,6 faizə enib".

Bu fikirləri yap.org.az saytına Milli məclisin deputatı, sosial siyasət daimi komitəsinin üzvü Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, yoxsulluğun azaldılmasında təsirli tədbirlərdən biri də son bir neçə ildə ölkədə ən çox dəstəyə ehtiyacı olan ailələrə ünvanlı sosial yardımların verilməsidir: "Möhtərəm Prezidentimiz nazirlər Kabinetinin 2012-ci ilin altı ayının sosial iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirdi ki, əhalinin pul gəlirləri 14,2 faiz artıb, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq var. Həqiqətən də bu gənc, yeni yaranan və ən əsası müharibə şəraitində olan bir dövlət üçün yüksək göstəricidir. Nəzərə alsaq son illərdə dünyada qlobal iqtisadi böhran hökm sürüb, Azərbaycan dövlətinin qazandığı bu nailiyyət olduqca böyük əhəmiyyətə malikdir. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili dayanır. Yəni, dövlətin siyasəti, ilk növbədə, ölkənin hər bir vətəndaşının rahatlığının, normal yaşayış səviyyəsinin, layiqli həyat şəraitinin təmin olunmasına yönəlib".

yap.org.az

Digər xəbərlər