Horadiz şəhərində Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının yeni inzibati binasının tikintisi başa çatmışdır.
Ümumi sahəsi 600 kvadratmetr olan ikimərtəbəli binanın tikintisinə bu ilin mart ayında başlanmışdır. Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və xidməti otaqlar da vardır. Bina lazımi avadanlıq, istilik və soyutma sistemi ilə təchiz edilmişdir.
yap.org.az