PDF Oxu

Xəbərlər

  • 42

Azərbaycandan Çinə dəmir yolu inşa olunacaqdır

Azərbaycandan Çinə dəmir yolu inşa olunacaqdır

Avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündə tranzit dəmir yolunun inşası ilə əlaqədar razılığa gəlinmişdir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə görüşündə Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmir yolu layihəsi üçün protokolun imzalandığını bildirmişdir.

"İmzalanan protokolun həyata keçirilməsi üçün nəqliyyat nazirlərinin görüşlərinin təşkilini qərara aldıq", - deyən N.Nazarbayev qeyd etmişdir ki, bu protokol çox önəmlidir və layihənin həyata keçməsində qərarlıyıq.

yap.org.az

Digər xəbərlər