PDF Oxu

Xəbərlər

  • 46

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçirilir

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçirilir

Almaniya Federativ Respublikası Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində avqustun 27-də Bakıda Azərbaycan-Almaniya biznes forumu keçirilir.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, enerji, tikinti, mebel istehsalı, logistika, əczaçılıq və digər sektorları təmsil edən iş adamları iştirak edirlər.

Biznes forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, Almaniyanın Reynland-Pfalz əyalətinin iqtisadiyyatına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcəkdir.

yap.org.az

Digər xəbərlər