PDF Oxu

Xəbərlər

  • 71

Musa Quliyev: Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində dövlətimiz zəruri addımları atır

Musa Quliyev: Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində dövlətimiz zəruri addımları atır

"Azərbaycanda ötən illərlə müqayisədə QHT-lər xeyli inkişaf edib. Bir neçə il ərzində QHT-lərin dövlətdən dəstək alması onların inkişafa geniş şərait yaradıb". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bütövlükdə bu gün QHT- hökumət münasibətləri yeni bir inkişaf mərhələsini yaşayır. Onun sözlərinə görə, buraya həm mənəvi, həm təşkilati, həm də informativ və digər aspektlərdə olan müsbət dəyişiklikləri aid etmək olar.

"Ümumilikdə, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində dövlətimiz zəruri addımları atır. Eləcə də, ölkə parlamenti QHT-lərlə bağlı qanunvericilik bazasını formalaşdırıb və zərurət yarandıqda bu baza daha da təkmilləşdirilir"- deyə, komitənin sədr müavini qeyd edib.

yap.org.az

Digər xəbərlər