Ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,5 milyard avro olmuşdur.
Bu sözləri Bakıda keçirilən 14-cü Almaniya-Azərbaycan biznes forumunda Almaniya-Azərbaycan İqtisadi İttifaqının icraçı direktoru Florian Şröder demişdir.
Ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini bildirən direktor vurğulamışdır ki, həcminə görə Azərbaycan Almaniyanın 7-ci neft tədarükçüsüdür. Bundan əlavə, ölkəmizdən Almaniyaya meyvə-tərəvəz və bir sıra digər mallar ixrac olunur.
Eyni zamanda, Azərbaycan Almaniyadan avtomobil, ehtiyat hissələri, müxtəlif avadanlıq, təyyarələr idxal edir. İllik idxalın dəyəri təxminən 900 milyon avroya bərabərdir.
yap.org.az