PDF Oxu

Xəbərlər

  • 59

Hüseyn Paşayev: Son 8 ildə ölkənin xarici ticarəti 7 dəfə, ixracı 10,3 dəfə artmışdır

Hüseyn Paşayev: Son 8 ildə ölkənin xarici ticarəti 7 dəfə, ixracı 10,3 dəfə artmışdır

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin həcmi 936 milyon ABŞ dolları olmuşdur. Altı ayda Azərbaycanın ümumi mal dövriyyəsi 19,8 milyard dollar olmuşdur ki, bunun 14,5 milyardı ixracın, 5,3 milyardı isə idxalın payına düşmüşdür. Bu müddətdə Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət dövriyyəsi aparmışdır.

Bu barədə Bakıda keçirilən 14-cü Azərbaycan-Almaniya biznes-forumunda İqtisadi İnkişafı Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsi müdirinin müavini Hüseyn Paşayev bildirmişdir.

H.Paşayev məlumat vermişdir ki, son 8 ildə ölkənin xarici ticarəti 7 dəfə, ixracı 10,3 dəfə, iqtisadiyyata kredit qoyuluşları 14,8 dəfə, qeyri-neft sektoruna investisiyalar 9,7 dəfə, daxili investisiyalar 10,9 dəfə artmışdır.

yap.org.az

Digər xəbərlər