PDF Oxu

Xəbərlər

  • 40

Nailə Rzaquliyeva: Əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq

Nailə Rzaquliyeva: Əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq

"Bizi qarşıda çox mühüm işlər gözləyir. 2012-2013-cü dərs ilində əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq". Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib.

N.Rzaquliyeva bildirib ki, bu məqsədə çatmaq, cəmiyyətə yüksək təhsilli insanlar yetişdirmək müəllimlərin əsas vəzifəsi və mənəvi borcu olaraq qalır. Onun sözlərinə görə, məktəblərimizdə bu işləri həyata keçirəcək kadr potensialı var.

BŞTİ-nin əldə etdiyi uğurlar barədə ətraflı məlumat verən N.Rzaquliyeva bildirib ki, həm ümumtəhsil, həm də məktəbdənkənar təhsil sahəsində qazanılan nəticələrlə yanaşı, təbii ki, müəyyən nöqsanlar da olub. Onun sözlərinə görə, nöqsanlar və problemlər Təhsil İdarəsinin Təhsil Şurasında vaxtaşırı müzakirə edilərək müvafiq tədbirlər görülür.

yap.org.az

Digər xəbərlər