Bu ilin 8 ayında sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 23.0 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 96.7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məhsulun 76.5 faizi mədənçıxarma bölməsində, 18.2 faizi emal bölməsində, 4.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Məlumatda bildirilir ki, 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə məhsul istehsalı emal bölməsində 8.9 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 7.4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 2.7 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7.9 faiz artıb.
yap.org.az