PDF Oxu

Xəbərlər

  • 44

Elxan Süleymanov: Qəbul olunmuş qətnamə Avropa Parlamentində təmsil olunan siyasi qruplar arasında ciddi parçalanmaya səbəb olub

Elxan Süleymanov: Qəbul olunmuş qətnamə Avropa Parlamentində təmsil olunan siyasi qruplar arasında ciddi parçalanmaya səbəb olub

"Ramil Səfərovun işi ilə bağlı qətnamə Avropa Parlamentində təmsil olunan siyasi qruplar arasında ciddi parçalanmaya səbəb olub". Bu barədə Azərbaycanın Avronest PA-da heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib.

E.Süleymanovun fikrincə, bir halda ki, AP-də təmsil edilən bütün siyasi partiyalar qətnamənin altında imza atmayıb, bu, azlığın qətnaməsi kimi qəbul edilməlidir. Onun sözlərinə görə, AP-nin 3 siyasi qrupu (Sosialistlər, Liberal-Demokratlar və Avropada Azadlıq və Demokratiya) qətnaməni dəstəkləməyiblər. Yalnız bir neçə AP deputatı (təxminən ümumi sayın 8%) ona səs verib, lakin son nəticədə qətnamə daha çox Macarıstana, nəinki Azərbaycana aid edilə bilər.

"Əldə etdiyimiz məlumata görə, səsvermədən sonra Sosialistlər qrupunun vitse-prezidenti qətnamənin lehinə səs vermiş və sıralarında 14 Macarıstanlı AP üzvü olan qrup nümayəndələrini öz səslərini geri götürməyə, siyasi qrupun Bürosunun qərarına uyğun olaraq qətnamənin əlehinə səs verməyə çağırıb. Beləliklə, Sosialistlər qrupunun qətnamə lehinə səs vermiş üzvləri öz səslərini geri götürərək, qətnamənin əlehinə səs verdikdən sonra qəbul edilmiş sənəd faktiki olaraq Sosialistlər, Liberal-Demokratlar, Avropada Azadlıq və Demokratiya qrupları istisna olmaqla, digər beş qrup tərəfindən qəbul edilmiş qətnaməyə çevrilib"- deyə, nümayəndə heyətinin rəhbəri qeyd edib.

yap.org.az

Digər xəbərlər