Cari ilin yanvar-avqust aylarında tikinti materialları sənayesində müəssisələr tərəfindən 203,2 milyon manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 faiz çox, o cümlədən 1,4 milyon ton sement, 78,6 min ton tikinti gipsi, 835,1 min ton hörmə üçün hazır beton qarışığı, 387,4 min ton asfalt və 155,0 min kubmetr tikinti kərpici və s. məhsullar istehsal edilmişdir. Dövlət Statistika Komitəsindən bildirmişlər ki, cari ilin sentyabrın 1-nə müəssisələrin anbarlarında 10,8 milyon manatlıq məhsul ehtiyatı olmuşdur.
yap.org.az