Hər il ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi həm təhsilimizin dünyada tanıdılması, beynəlxalq təhsil sisteminin ölkəmizdə təbliğ olunması, həm də gənclərimizin xaricdə təhsil almaları istiqamətində atılan mühüm addımlardan biridir.
Bu sözləri Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində jurnalistlərə müsahibəsində təhsil naziri Misir Mərdanov söyləmişdir. Nazir bildirmişdir ki, sərgi ölkəmizdə artıq 6-cı dəfədir ki keçirilir. Hər il təhsil və karyera sərgisində iştirak edən müxtəlif ölkələrin ali təhsil müəssisələrinin, bir sıra dövlət qurumlarının sayı artır. Bu gün biz sərgi ilə tanış olarkən burada ilk dəfə iştirak edən, dünyanın aparıcı universitetlərinin stendləri ilə tanış olduq. Sərgi azərbaycanlı gənclərin dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına yol açır, bu sahədə onlar üçün yaradılan imkanlardan biridir. Sərginin təşkil edilməsində zəhmət çəkən bütün təşkilatlara minnətdarlığımı bildirirəm.
yap.org.az