Sentyabrın 27-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılmışdır.
Paskal Mönye Fransanın ölkəmizə təyin olunmuş yeni hərbi attaşesini Azərbaycanın müdafiə nazirinə təqdim etmişdir.
yap.org.az