"Azərbaycanın inkişaf strategiyasının əsaslarından birini peşəkar və müasir çağırışlara cavab verən intellektual kadr potensialının formalaşdırılılması təşkil edir. Prezident İlham Əliyevin timsalında bəyan edilib ki, biz qara qızılı intellektual kapitala çevirməliyik. Məhz bu tezis əsasında ötən zaman ərzində kifayət qədər uğurlu işlər görülmüş, peşəkar kadr potensialı yetişdirilib". Bu fikri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib.
A.Mustafayeva bildirib ki, ölkəmizdə gənclər siyasəti ilə peşəkar kadr potensialının yetirişdirilməsi işi parallellik təşkil edir. Məhz gənclər siyasətinin uğurluluğu kadr islahatlarına da özünəməxsus töhfələr verir.
"Gənclərə dövlət səviyyəsində yüksək diqqət və qayğının göstərilməsi, onların ölkə həyatının bütün sahələrində iştirakına əlverişli şəraitin yaradılması, müxtəlif sahələr üzrə xarici ölkələrdə təhsil almalarının təmin edilməsi kimi strateji önəm kəsb edən tədbirlər kadr islahatlarına əhəmiyyətli töhfələr verir. Bütün bunlar sosial stratifikasiyalaşma prosesində ye¬ni-daha dinamik intellektual təbəqənin formalaşmasını təmin etməklə yanaşı, cəmiyyətin inkişafının yeni ideya əsaslarının formalaşmasına və ictimai şüurun yenilənməsinə də da yardımçı olur"- deyə direktor vurğulayıb.
yap.org.az