Oktyabrın 9-dan 11-dək Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə Azərbaycan paytaxtında I Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, 20-dək ölkənin iştirak edəcəyi festivalda 50-dən çox bədii və sənədli filmin nümayişi nəzərdə tutulur.
Münsiflər heyətində dünya kinematoqrafiya və idman sahələrində böyük nüfuza malik simalar təmsil olunacaqlar.
Filmlərin nümayişi Nizami Kino Mərkəzinin zallarında keçiriləcəkdir.
Festival iştirakçıları ən yüksək mükafat – "Qran-pri" ilə yanaşı, "İdman və cəmiyyət", "İdman və şəxsiyyət" müsabiqə nominasiyalarında da iştirak edəcəklər. Bundan əlavə qaliblərə münsiflər heyəti tərəfindən "Xüsusi mükafat" da veriləcəkdir.
yap.org.az