PDF Oxu

Xəbərlər

  • 33

YAP nümayəndə heyəti Avropa Xalqları Partiyasının Rumıniyada keçirilən toplantısında iştirak edir

YAP nümayəndə heyəti Avropa Xalqları Partiyasının Rumıniyada keçirilən toplantısında iştirak edir

Yeni Azərbaycan Partiyasının Avropa Xalqları Partiyası ilə sıx əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. YAP Avropa Xalqları Partiyasının tədbirlərində təmsil olunur, qarşılıqlı olaraq Avropanın bu nüfuzlu qurumu da YAP-ın müxtəlif toplantılarında yüksək səviyələrdə təmsil olunmuş və rəhbər şəxslərin iştirakı ilə birgə tədbirlər keçirilmişdir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Avropa Xalqları Partiyasının siyasi dayağı olan Avropa Araşdırmalar Mərkəzinin (CES) oktyabrın 16-da Rumıniyada öz işinə başlayan toplantısında iştirak edir.

Avropa Xalqları Partiyasının 21-ci Konqresi çərçivəsində keçirilən Beynəlxalq Qonaqlar Proqramın oktyabrın 18-dək davam edəcəkdir.

Beynəlxalq Qonaqlar Proqramında Avropanın müxtəlif ölkələrindən minə yaxın tanınmış siyasətçi – Avropa Birliyi, Avropa Şurası, Avropa Komissiya, Avropa Parlamentinin üzvləri, dövlət və hökumət başçıları iştirak edirlər.

yap.org.az

Digər xəbərlər