PDF Oxu

Xəbərlər

  • 25

Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilmişdir

Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilmişdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü ilə Helsinkiyə, Finlandiya parlamentinə (Eduskunta) gəlmişdir.

Noyabrın 7-də Finlandiya parlamentində Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzünün nəticələrinə dair qətnamə layihəsinin müzakirəsi ilə əlaqədar "Dağlıq Qarabağ – işğal edilmiş və unudulmuş ərazilər" mövzusunda dinləmələr olmuşdur.

Dinləmələrdə Finlandiya parlamentinin üzvləri, Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri deputat Elxan Süleymanovun başçılığı ilə bu qrupun üzvləri Fazil Mustafa, Zahid Oruc və Ceyhun Osmanlı iştirak etmişlər.

yap.org.az

Digər xəbərlər