PDF Oxu

Xəbərlər

  • 25

Eldar İbrahimov: 20 illik yubileyini qeyd edən partiyamız gələcəkdə də yeni-yeni, möhtəşəm qələbələrə imza atacaq

Eldar İbrahimov: 20 illik yubileyini qeyd edən partiyamız gələcəkdə də yeni-yeni, möhtəşəm qələbələrə imza atacaq

"YAP ötən dövr ərzində qarşıya qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində müstəqil dövlətçilik, qanunçuluq, vətəndaş həmrəyliyi, sosial ədalət və digər vacib prinsiplərə əsaslanıb". Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycanın dərin böhranla üzləşməsi ölkəni bu bəlalardan xilas edərək xalqı öz ardınca aparmağa qadir bir siyasi qüvvənin yaranmasını tələb edirdi. Onun sözlərinə görə, belə bir şəraitdə baş verən hadisələri və siyasi prosesləri diqqətlə izləyən, xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdilər.

"Müdrik və uzaqgörən xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Ona görə də Heydər Əliyevin sədrliyi ilə bu partiya böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq tezliklə Azərbaycanın bütün bölgələrində yaranaraq təşkilatlandı və respublikanın siyasi həyatında öz dəsti-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı vardı. Bu lider Heydər Əliyev idi və Azərbaycanda hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi"- deyə, komitə sədri vurğulayıb.

E.İbrahimov qeyd edib ki, hazırda partiyamız Prezident İlham Əliyev rəhbərliyi ilə inkişaf edərək Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. "Biz inanırıq ki, bu gün 20 illik yubileyini qeyd edən partiyamız gələcəkdə də yeni-yeni, möhtəşəm qələbələrə imza atacaq" - deyə, YAP Siyasi Şurasının üzvü bildirib.

yap.org.az

Digər xəbərlər