PDF Oxu

Xəbərlər

  • 24

Ramiz Mehdiyev: Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilibdir

Ramiz Mehdiyev: Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilibdir

Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilibdir. Ermənistan rəhbərləri çox təhlükəli oyunun peşkasına çevriliblər, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda bazar ertəsi keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər. Əminəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa təkan verəcək", deyə, Ramiz Mehdiyev əlavə edib.

PA rəhbəri təcavüz anlayışını təsadüfən işlətmədiyini bildirərək qeyd edib ki, beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılmışdır.

"Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirmiş, Azərbaycanı silahlı münaqişəyə sürükləmiş və 20% ərazilərimizi işğal etmişdir. Vəziyyətin obyektiv dəyərləndirilməsi, Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri hər zaman hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar", - Ramiz Mehdiyev əlavə edib.

yap.org.az

Digər xəbərlər