Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti İraqın Gənclər və İdman Nazirliyinin dəvətinə əsasən bu ölkədə səfərdə olacaqdır. Səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında gənclər və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulmuşdur.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hələ 2008-ci ildə İraq Respublikasının gənclər və idman naziri Casim Məhəmməd Cəfərin Bakıya səfəri zamanı hər iki ölkənin gənclər və idman nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdı. İki ölkə arasında əməkdaşlığı hüquqi bazasının yaradılması üçün gələcəkdə anlaşma memorandumunun imzalanması üçün qarşılıqlı razılıq əldə olunmuşdu.
yap.org.az