PDF Oxu

Xəbərlər

  • 28

YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı Malaziyada keçirilən beynəlxalq konfransda və UMNO-nun 66-cı qurultayında iştirak edib

YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı Malaziyada keçirilən beynəlxalq konfransda və UMNO-nun 66-cı qurultayında iştirak edib

26 Noyabr -1 Dekabr 2012 –ci il tarixində Birləşmiş Malaziya Milli Konqresi Partiyasının (UMNO) təşkilatçılığı ilə, Kuala-Lumpurda "Münaqişə və sülhyaratmada xalq diplomatiyası: Geriyə, yoxsa gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans və UMNO-nin 66-cı Qurultayı keçirilib. Ənənəvi olaraq bu tədbirə UMNO çox sıx əməkdalıq etdiyi Yeni Azərbaycan Partiyasını da dəvət etmişdi. Bu mötəbər tədbirdə Yeni Azərbaycan Partiyasını partiyanın Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı təmsil edib.

"Münaqişə və Sülhyaratmada Xalq Diplomatiyası: Geriyə yoxsa gələcəyə baxış" mövzusunda keçirilən bu konfransda Məlahət İbrahimqızı "Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların vasitəçiliyi: məsuliyyətsizlik, yoxsa biganəlik" mövzusunda panel sessiyada təqdimatla çıxış edib. YAP Siyasi Şurasının üzvü, millət vəkili M.İbrahimqızı Azərbaycan xalqının 20 ildən artıq üzləşdiyi bu problemlə bağlı Azərbaycan reallıqlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Təqdimat 38 ölkəni təmsil edən və 500-dən çox yüksək səviyyəli nümayəndənin iştirak etdiyi konfrans iştirakçılarının ciddi şəkildə diqqətini çəkib və Ermənistanın işğalçılıq siyasəti pislənilib. Müzakirələrdə İndoneziyadan, Pakistandan, Malaziyadan olan konfrans iştirakçıları çıxış edərək hər zaman Azərbaycan xalqının yanında olduqlarını bildiriblər və beynəlxalq təşkilatların ikili standartlı yanaşmaları tənqid olunub.

Konfrasdan sonra millət vəkili Məlahət İbrahimqızı bir sıra televiziya kanallarında və qəzetlərdə müsahibələr də verib. Həmçinin, Məlahət İbrahimqızı UMNO-nun rəhbərliyi ilə müxtəlif səviyyələrdə görüşlər keçirib və görüşlər zamanı gələcəkdə də YAP və UMNO-nun daha da sıx münasibətlər qurmasının önəmi və gələcək əməkdaşlıq müzakirə olunub.

yap.org.az

Digər xəbərlər