Türkiyədə keçirilən Beynəlxalq Xəzər Forumunun mükafatları təqdim olundu.
"İlin layihəsi" nominasiyasının qalibi TANAP proyekti olub. Bu nominasiyasının mükafatı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldıza təqdim edilib.
Beynəlxalq Xəzər Forumunun "İlin sənətçisi" nominasiyası üzrə mükafatına pianoçu Anjelika Əkbər layiq görülüb.
"İlin idmançısı" nominasiyası üzrə mükafat 2012-ci ildə Londonda keçirilən Paraolimpiya oyunlarının qalibi Nəzmiyyə Musluyaya təqdim edilib.
İsveçli alim Stiven Korol, Xəzər regionuna dair apardığı əsaslı elmi araşdırmalara görə "İlin tədqiqatçısı" mükafatına layiq görülüb.
Son nominasiya olan "İlin dövlət xadimi" mükafatına isə Türkiyənin baş naziri RəcəpTayyip Ərdoğan layıq görülüb.
yap.org.az