"Heydər Əliyev ideyaları əbədiyaşardır. Bu gün Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla anır. Çünki Heydər Əliyev xalqımızın lideri kimi hər zaman Azərbaycanın yüksəlişi naminə misilsiz xidmətlər göstərib". Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, tarixin bütün dönəmlərində Ulu öndər Azərbaycan xalqına şərəflə xidmət edib, dövlətimizin inkişafı üçün misilsiz fəaliyyət göstərib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin gücünü və qüdrətini sübut edən amillərdən biri də iki bir-birinə zidd olan sistemdə uğurla fəaliyyət göstərməsidir.
"Həm sovetlər hakimiyyəti, həm də müstəqillik dövründə Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafını düşünüb və bu yolda yorulmadan çalışıb. Məhz bu misilsiz xidmətlərin nəticəsidir ki, Azərbaycan xalqının qəlbində Heydər Əliyev abidəsi daim ucalacaq"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
yap.org.az