PDF Oxu

Xəbərlər

  • 17

Bahar Muradova: Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımları atacaq

Bahar Muradova: Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımları atacaq

"Azərbaycanın ərazisində heç vaxt ikinci erməni dövləti yaradıla bilməz. Biz heç bir zaman torpaqlarımızın işğal altında qalması ilə barışmayacayıq". Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan məhz beynəlxalq hüquqa söykənərək öz vətəndaşlarının təhlükəsizliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımları atacaq.

"Ermənistanın işğalçı olduğunu BMT-nin 4 qətnaməsi, ATƏT-in qəbul etdiyi sənədlər və Minsk qrupunun bəyanatları bir daha göstərir. Bütün bunlar bizə haqqımız olanı əldə etmək üçün bütün əsasları verir"- deyə, vitse-spiker vurğulayıb.

yap.org.az

Digər xəbərlər