PDF Oxu

Xəbərlər

  • 20

Senator Luqarın başqa tövsiyələri ilə yanaşı, təxirəsalınmaz tədbirlər görülməsini tələb edən üç əsas bənd vardır

Senator Luqarın başqa tövsiyələri ilə yanaşı, təxirəsalınmaz tədbirlər görülməsini tələb edən üç əsas bənd vardır

Senator Luqar "Enerji ehtiyatları və təhlükəsizlik. Xəzərdən Avropaya qədər" mövzusunda hesabat təqdim etmişdir İndiana ştatından seçilmiş senator, ABŞ Senatının Xarici İşlər Komitəsində azlığın lideri Riçard Luqar Komitəyə "Enerji ehtiyatları və təhlükəsizlik. Xəzərdən Avropaya qədər" mövzusunda məruzə təqdim etmişdir. Məruzədə göstərilir ki, şirkətlər arasında dəfələrlə aparılmış danışıqlardan və mübahisələrdən sonra Avropaya təbii qaz nəql edilməsi üzrə "Cənub dəhlizi" layihəsi təsdiq edilmə ərəfəsindədir. Məruzədə ABŞ-ın milli təhlükəsizliyinin və iqtisadi maraqlarının təmin edilməsinə şərait yaradacaq region təhlil edilmiş, müvafiq sorğu məlumatları və tövsiyələr yer almışdır. Birinci tövsiyə Avrasiyanın enerji təhlükəsizliyi məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi vəzifəsinin bərpa edilməsi barədə xahişdən ibarətdir. Xəzəryanı region ölkələrinin hökumətləri ilə enerji ehtiyatlarının hasilatına və nəql edilməsinə dair ən yüksək səviyyədə mühüm qərarlar qəbul edilərkən ABŞ-ın maraqlarının nəzərə alınması ilə məşğul olan nümayəndə vəzifəsinin ləğv edilməsi və bu işlərin yeni yaradılmış ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları üzrə Bürosunda ABŞ dövlət katibinə bilavasitə tabe olmayan müəyyən kateqoriyaya aid edilməsi onu göstərir ki, ABŞ hökuməti ölkənin enerji təhlükəsizliyi və ABŞ-ın bu regionda iqtisadi maraqları məsələsinə yetərincə əhəmiyyət vermir. Xatırladaq ki, Dövlət Departamenti Avrasiyanın Enerji Təhlükəsizliyi Məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi vəzifəsini bu yaxınlarda ləğv etmiş və həmin nümayəndənin səlahiyyətlərini Dövlət Departamentinin bu regionlarla daha aşağı səviyyədə məşğul olan Enerji Ehtiyatları Bürosunun rəhbərinin müavininə həvalə etmişdir. Senator Luqar öz məruzəsində vurğulayır ki, bu illər ərzində məhz enerji diplomatiyası Azərbaycandan Türkiyəyə enerji ehtiyatlarının nəqli üzrə Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Qaz Kəməri (SCP) kimi strateji əhəmiyyətli layihələrin tam reallaşmasına şərait yaratmışdır və regionda növbəti layihələrin uğurla həyata keçirilməsi üçün enerji diplomatiyasından gələcəkdə də istifadə edilməsi zəruridir. İkinci tövsiyə ondan ibarətdir ki, ABŞ-ın strateji maraqları Xəzərdə çıxarılan təbii qazın Türkiyədə, Mərkəzi və Cənub-Şərqi Avropada NATO-nun müttəfiqlərinə nəqlinin təmin olunmasını və Rusiyadan qaz nəqli dayandırılacağı halda çətin vəziyyətə düşməmək üçün enerji ehtiyatlarının vaxtında şaxələndirilməsini tələb edir. Belə ki, əgər təbii qaz Qərbi Avropaya qədər nəql edilərsə, ABŞ Konqresi bu vəziyyəti yenidən qiymətləndirməli və İranla bağlı maliyyə sanksiyalarından istisnalar tətbiq edərək səhmdarlarından biri İran olan Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin davam etdirilməsinə imkan yaratmalıdır. Nəhayət, senatorun sonuncu tövsiyəsi ABŞ Konqresi tərəfindən "NATO üçün mayeləşdirilmiş təbii qaz (MTQ)" qanun layihəsinin qəbul edilməsi barədədir. NATO-nun müttəfiqləri arasında qarşılıqlı iqtisadi münasibətlərin sadələşdirilməsi və ABŞ-dan həmin ölkələrə mayeləşdirilmiş təbii qaz ixracına dair lisenziyalar verilməsinin avtomatlaşdırılması NATO-nun Baltikyanı bölgədə, Mərkəzi və Cənub-Şərqi Avropada müttəfiqlərinin Rusiyadan qaz nəqlindən asılılığını azaldacaq və amerikalı təchizatçılar üçün yeni enerji ehtiyatları bazarı açılmasına şərait yaradacaqdır. Senator öz məruzəsində vurğulayır ki, "Cənub dəhlizi" layihəsinin əsas təchizatçısı olan Azərbaycan coğrafi baxımdan Türkmənistanda və Qazaxıstanda hasil edilən enerji ehtiyatlarının potensial transxəzər nəqli üzrə tranzit daşımaların mərkəzinə çevrilə bilər. Məruzədə daha sonra deyilir ki, Azərbaycan hökuməti Qərb ilə yaxınlaşmaq üçün strateji hesablamaları bacarıqla aparmışdır. Bu cür uğurlu qərarlardan biri "Cənub dəhlizi"nin ən mühüm hissəsi olan Transanadolu Qaz Kəməri layihəsinin (TANAP) nəzarət paketinin ARDNŞ-də olmasıdır. Xatırladaq ki, ABŞ Senatının Xarici İşlər Komitəsinə senator Con Kerri rəhbərlik edir. Prezident Obama keçən həftə dövlət katibi vəzifəsinə Kerrinin namizədliyini irəli sürmüşdür. ABŞ Konqresinin bu komitəsində sədrdən sonra ikinci yüksək vəzifəli şəxs komitədə azlığın lideri adlanan Riçard Luqardır. Riçard Luqar dəfələrlə, o cümlədən 2005-ci ildə ABŞ-ın indiki prezidenti Barak Obama ilə birlikdə Azərbaycanda olmuşdur.

yap.org.az

Digər xəbərlər