PDF Oxu

Xəbərlər

  • 24

Oqtay Əsədov: Azərbaycan beynəlxalq tədbirlərə həmişə yüksək səviyyədə ev sahibliyi edir

Oqtay Əsədov: Azərbaycan beynəlxalq tədbirlərə həmişə yüksək səviyyədə ev sahibliyi edir

"Bakı şəhərində GUAM Parlament Assambleyasının 5-ci iclası yüksək səviyyədə keçirildi. Bu, miqyası baxımından təşkilatın ən möhtəşəm iclası oldu". Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov tədbirdə Avropanın beş parlament qurumunun nümayəndə heyətlərinin iştirak etməsini yüksək qiymətləndirib. Onun fikrincə, bu amil GUAM PA-nın beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir.

"GUAM PA uğurlu fəaliyyətini davam etdirməklə, regionumuzdakı vəziyyəti, həqiqətlərimizi dünyaya çatdırmaq baxımından böyük tribuna, meydan olacaq. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan beynəlxalq tədbirlərə həmişə yüksək səviyyədə ev sahibliyi edir və bu baxımdan Milli Məclis də bu işin öhdəsindən layiqincə gəlməyə çalışır"- deyə, spiker vurğulayıb.

yap.org.az

Digər xəbərlər