PDF Oxu

Xəbərlər

  • 18

Yaqub Eyyubov: Azərbaycanın dünya miqyasında sabit və dinamik inkişaf edən və etibarlı tərəfdaş bir ölkə kimi nüfuzu daha da artmışdır

Yaqub Eyyubov: Azərbaycanın dünya miqyasında sabit və dinamik inkişaf edən və etibarlı tərəfdaş bir ölkə kimi nüfuzu daha da artmışdır

"Azərbaycanın gələcəkdə daha mühüm uğurlara imza atacağına əminlik yaradan milli sosial-iqtisadi inkişaf modelinin reallaşması nəticəsində əldə olunmuş nailiyyətlərimiz bu gün təkcə Azərbaycan daxilində deyil, bütün dünyada da geniş əks-səda doğurur". Bu fikri Baş nazirin birinci müavini Yaqub Eyyubov demişdir.

Y.Eyyubov bildirmişdir ki, 2004-cü ildən bugünədək ÜDM 3 dəfə, qeyri-neft sektoru 2.4 dəfə, əsas kapitala investisiyalar 4.2 dəfə, qeyri-neft sektoru üzrə əsas kapitala investisiyalar 14.4 dəfə, dövlət büdcəsinin gəlirləri 14 dəfə, strateji valyuta ehtiyatları 28 dəfədən çox artıb. Onun sözlərinə görə, ümumilikdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların 135 milyard ABŞ dollarını ötməsi, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların, beynəlxalq aləmdə qazandığı nüfuzun və gündən-günə möhkəmlənən mövqeyinin, iqtisadi təhlükəsizliyinin göstəricisidir.

"Son 9 il ərzində Azərbaycan özünəməxsus uğurlu strategiyanı reallaşdırmaqla təmin etdiyi iqtisadi artım nəticəsində xalqın rifah səviyyəsini daha da yüksəltmişdir. Belə ki, 2004-cü ildən bugünədək əhalinin gəlirləri 5 dəfədən, orta aylıq əmək haqqı isə 4 dəfədən çox artmışdır. Bu dövrdə ölkədə yoxsulluq səviyyəsi 6,5 dəfə azalaraq 40 faizdən 7,6 faizə enmiş, yoxsulluq həddi isə 2004-ci ildəki 39 manatdan 2012-ci ildə 108 manata qədər artırılmışdır.

Beləliklə, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli iqtisadi və sosial islahatların nəticəsi olaraq, Azərbaycanın dünya miqyasında sabit və dinamik inkişaf edən və eləcə də etibarlı tərəfdaş bir ölkə kimi nüfuzu daha da artmışdır"- deyə, Baş nazirin birinci müavini vurğulamışdır.

yap.org.az

Digər xəbərlər