Siyəzən şəhərində Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binalarının təməli qoyulmuşdur. Bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə mərasim keçirilmişdir.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizdə, o cümlədən rayonda gedən inkişafdan, görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, bu sürətli inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli sosial-iqtisadi tərəqqi nəticəsində mümkün olmuşdur.
Qeyd edilmişdir ki, təməli qoyulan binalar ikimərtəbəli olacaqdır. Mərkəzdə 350 yerlik iclas, 120 yerlik konfrans zalları, Heydər Əliyev Muzeyi yaradılacaqdır. Ekspozisiyada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycanın sosial-iqtisadi inkişafında, dövlətimizin dünyadakı mövqelərinin möhkəmlənməsində, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində ümummilli liderin misilsiz xidmətlərini əks etdirən fotolar və eksponatlar nümayiş etdiriləcəkdir. Sərgi salonunda isə vernisajlar, tematik tədbirlər təşkil ediləcəkdir.
Hər iki binanın tikintisi 2013-cü ildə başa çatdırılacaqdır.
yap.org.az