PDF Oxu

Xəbərlər

  • 24

Əbülfəs Qarayev: 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb

Əbülfəs Qarayev: 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb

"2012-ci ildə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb. Bu artım təxminən 7-10 faiz təşkil edir". Bunu mədəniyyət və turizm naziri Əbüfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, ölkəyə gələn turistlərin yekun sayı barədə məlumatlar gələn ilin əvəlində dəqiqləşəcək. Onun sözlərinə görə, ölkədə turizm infrastrukturunun yaradılması istiqamətində də ciddi işlər gedir.

"Azərbaycanda 400-dən artıq hotel lisenziya ilə fəaliyyət göstərir. Hər il ölkədə 50-yə yaxın yeni yerləşdirmə obyektləri istifadəyə verilir"- deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər