PDF Oxu

Xəbərlər

  • 43

Nurlana Əliyeva: YAP-ın fəaliyyəti həyata keçirdiyi layihələrlə daha da zənginləşir

Nurlana Əliyeva: YAP-ın fəaliyyəti həyata keçirdiyi layihələrlə daha da zənginləşir

"2012-ci ildə Azərbaycanın müstəqilliyinin 21, Yeni Azərbaycan Partiyasının isə 20 illiyini qeyd etdik. Hər iki tarix bir-birinə çox bağlıdır. Hesab edirəm ki, bu il həm dövlətimiz, həm də xalqımız üçün uğurlu oldu". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, ötən dövrdə YAP-ın fəaliyyəti həyata keçirdiyi tədbirlərlə, layihələrlə daha da zənginləşir. Onun sözlərinə görə, partiyamız fəaliyyətini, beynəlxalq əlaqələri daha da genişləndirir, ətrafına yeni-yeni vətənpərvər insanları cəlb edir.

"Bütün bunların hamısı ilk növbədə, partiyamızın məramı, amalı ilə bağlı tədbirlərdir. YAP-ın ali məqsədi insanlara xidmət etməkdir. Biz də Qadınlar Şurası olaraq bu məqsədlərin ətrafında birləşib ümumi işimizə dəstək olan tədirlər keçiririk. Tədbirlər sırasında humanizm xarakteri daşıyan layihələr xüsusi yer tutur. Bugünlərdə Bilgəh qəsəbəsində yerləşən qocalar evində keçirdiyimiz görüş də bunlardan biridir. Belə tədbirlər həm də milli-mənəvi dəyərlərimizə ehtiram xarakteri ifadə edir. İnsanpərvərlik, ehtiyacı olanlara qayğı və diqqət milli keyfiyyətlərimizdən süzülüb gələn xüsusiyyətlərdir. Partiyamız bu xüsusiyyətlərə ictimai xarakter verərək özünün humanistlik məramını ifadə edir. Eyni zamanda, bu, dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstəkdir. Çünki bu layihələr bütün insanlara bir çağırışdır ki, hər zaman qayğıkeş olsunlar. Belə tədbirlər cəmiyyətimizdə milli-mənəvi keyfiyyətləri yüksəldir. YAP-ın məqsədi də belə milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, nəsildən nəsilərə ötürmək kimi məqsəd daşıyır"- deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər