Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Çoxməqsədli Yüngül Zirehli Transportyor (BRDM) tipli maşının bazasında yeni kəşfiyyat maşını yaradılmışdır.
Bu sözləri müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə müsahibəsində demişdir.
Y.Camalov bildirmişdir ki, maşın ordunun kəşfiyyat imkanlarını artıracaqdır. Bu maşın 23 millimetrlik top, iki qoşa pulemyot, qumbaraatan, tüstü buraxıcı qurğu, həmçinin digər vasitələrlə təchiz olunmuşdur. Maşın vasitəsilə kəşfiyyat aparmaqla düşmənin həm yerüstü, həm də havadakı hədəflərini məhv etmək mümkündür.
yap.org.az