PDF Oxu

Xəbərlər

  • 43

Sevinc Hüseynova: Qazanılan uğurlar dövlətimizin siyasi-iqtisadi kursunun məqsədyönlü və düzgün olduğunu bir daha təsdiqləyir

Sevinc Hüseynova: Qazanılan uğurlar dövlətimizin siyasi-iqtisadi kursunun məqsədyönlü və düzgün olduğunu bir daha təsdiqləyir

"Dünyanın bir sıra güclü dövlətlərinin qlobal iqtisadi böhrandan əziyyət çəkdiyi bir zamanda, Azərbaycanda yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması və insanların əmək haqlarının mütəmadi olaraq artırılması sosial-iqtisadi siyasətimizin uğurlarından xəbər verir". Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu fakt həmçinin, dövlətimizin siyasi-iqtisadi kursunun məqsədyönlü, düzgün və praqmatik olduğunu göstərir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin sosial siyasətində əsas istiqaməti insan amili təşkil edir. "Ölkədə qeyri-neft sektorunun sürətlə inkişaf etməsi, bu sferanın iqtisadiyyatımızda önəmli pay sahibi olması insanların rifah halının yüksəlməsinə gətirib çıxarıb. Yeni iş yerlərinin açılması da sözügedən prosesin məntiqi nəticəsidir. Milli sosial dövlət modelimizin əsas sütunlarını məhz, insanların daimi iş yerlərilə təmin edilməsi, maaş və pensiyaların yüksək olması təşkil edir"- deyə komitə üzvü qeyd edib

yap.org.az

Digər xəbərlər