PDF Oxu

Xəbərlər

  • 28

Mübariz Qurbanlı: “YAP əsgər ölümünə ciddi reaksiya verib”

Mübariz Qurbanlı: “YAP əsgər ölümünə ciddi reaksiya verib”

"Yeni Azərbaycan Partiyası Milli Ordunun əsgərinin vəfat etməsindən təəssüf hissi keçirir". Bunu SİA-ya açıqlamasında partiyanın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bir neçə gün öncə Azərbaycan Ordusunda hərbi xidmət zamanı dünyasını dəyişən əsgərin ölümü ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Mübariz Qurbanlı Milli Ordunun əsgərinin vəfatı ilə bağlı Yeni Azərbaycan Partiyası adından həmin əsgərin ailəsinə başsağlığı verib: "Bildirmək istəyirəm ki, vəfat edən əsgər Abşeron rayonundandır. Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının nümayəndələri həmin əsgərin ailəsinə baş çəkib, yas mərasimində iştirak edib, başsağlığı verib. Eyni zamanda partiyamızın nümayəndə heyətindən Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti də əsgərin ailəsində olub, başsağlığı veriblər. Yeni Azərbaycan Partiyası əsgərin ölümü ilə bağlı məsələyə ciddi reaksiya verib. Biz əsgərin vəfat etməsindən təəssüf hissi keçiririk. Həmçinin hökumət nümayəndələri tərəfindən bildirilib ki, əsgərin ölümü ilə bağlı məsələ ciddi araşdırılacaq və bu məsələ ilə əlaqədar ictimaiyyət məlumatlandırılacaq". Bəzi dairələrin, xüsusilə də radikal müxalifət dairələrinin həmin əsgərin ölümü ilə əlaqədar geniş ajotaj yaratması, bu məsələ ilə əlaqədar hay-küy qaldırmasını da biz düzgün hesab etmirik, deyən partiya rəsmisi bildirib ki, hər bir həlak olan əsgər Azərbaycanın övladıdır, bizim övladımızdır. Onların qorunması da hamının işidir. Bu ümummili işdir və hamı birgə olmalıdır.

Digər xəbərlər