"Hər bir dövlət hava məkanı ilə bağlı beynəlxalq qayda-qanunlarına əməl etməlidir. Bu mənada istənilən uçuş Azərbaycan tərəfinin icazəsi alındıqdan sonra həyata keçirilməlidir". Bu fikirləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, Azərbaycan hava məkanından icazəsiz uçan hər bir vasitənin qarşısı ciddi şəkildə alınmalıdır. Onun sözlərinə görə, bu məsələlər beynəlxalq qayda-qanunlar əsasında tənzimlənir.
"Azərbaycan öz ərazilərini müdafiə edir və silahlı qüvvələrimiz ölkəni qoruyur. Ermənistan Azərbaycanın hava məkanını pozduğu təqdirdə, bunun nə ilə nəticələnəcəyini başa düşməlidir. Çünki işğalçı dövlətin hərəkətləri vəziyyəti daha da gərginləşdirməyə xidmət edir"- deyə, ictimai birliyin rəhbəri vurğulayıb.
yap.org.az