Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsinə dair növbəti danışıqlar martın 12-də keçiriləcəkdir.
Bu sözləri Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia jurnalistlərə müsahibəsində demişdir.
R.Kobia danışıqlarda Aİ və Azərbaycan arasında mühüm irəliləyişlərin əldə olunduğunu bildirmişdir.
Diplomat bildirmişdir ki, Avropanın enerji təminatında və digər məsələlərdə Aİ Azərbaycanı mühüm tərəfdaş hesab edir.
yap.org.az