PDF Oxu

Xəbərlər

  • 43

Son 10 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin 220 milyon kvadrat metri minalardan təmizlənib

Son 10 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin 220 milyon kvadrat metri minalardan təmizlənib

Son 10 il ərzində 90-cı illərdə işğaldan azad olunmuş ərazilərdə 350 milyon kvadrat metrdən 220 milyon kvadrat metri minalardan təmizlənib. Bu barədə jurnalistlərə açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov deyib.

Nazim İsmaylov qeyd edib ki, o ərazilərdə bu gün qəsəbələr tikilib, Fizuli, Ağdam, Göranboy, İmişlidə on minlərlə qaçqın və məcbur köçkün yaşayır. O qeyd edib ki, mina təmizlənmə işlərində bu gün 600-ə qədər insan işləyir və onlar lazımi avadanlıq ilə təchiz olunublar.

"Biz Türkiyə şirkətlərinin sifarişi əsasında Suriya ilə sərhəddə 2 ildir ki, mina təmizləmə işləri aparırıq. İndi bir böyük tenderdə iştirak edirik. Oraya 20-yə qədər şirkət qatılıb və onlardan 11-i qalıb, ANAMA da onların sırasındadır. Martda tenderin nəticələri elan olunacaq və ümid edirik ki, ANAMA orada qalib olacaq. Ümumiyyətlə, harada belə bir tədbir olsa, biz orada iştirak edəcəyik", - Nazim İsmayılov deyib.

yap.org.az

Digər xəbərlər