PDF Oxu

Xəbərlər

  • 83

Serbiya Prezidenti Tomislav Nikoliç ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Serbiya Prezidenti Tomislav Nikoliç ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə tər güllər düzmüşdür.

AzərTAc

Digər xəbərlər