PDF Oxu

Xəbərlər

  • 61

Rəşad Nəbiyev: “Azərspace-1” peyki azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunacaq

Rəşad Nəbiyev: “Azərspace-1” peyki azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunacaq

Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1" martın ortalarından etibarən azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunacaq. Bu sözləri "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev deyib. R.Nəbiyev bildirib ki, peyk artıq müəyyən olunmuş cədvələ uyğun olaraq hərəkət edir və bu ayın 15-də təyin olunmuş Şərq istiqamətində 46 dərəcədə yerini tutacaq. Peykin platformasında və faydalı yükündə heç bir problemin olmadığını, əksinə gözlənildiyindən də yaxşı nəticələr verdiyini deyən R.Nəbiyev qeyd edib ki, "Azərspace-1" orbitdə öz yerini tutandan sonra 15-20 gün ərzində müəyyən sınaqlar keçiriləcək və bundan sonra - təxminən matın birinci ongünlüyündə azərbaycanlı mütəxəssislərin idarəetməsinə veriləcək.

yap.org.az

Digər xəbərlər