PDF Oxu

Xəbərlər

  • 59

ABŞ Konqresmeni Rodni Aleksandr: Azərbaycanın ilk peykinin orbitə buraxılması iki ölkə arasında genişlənən əlaqələrin növbəti nümayişidir

ABŞ Konqresmeni Rodni Aleksandr: Azərbaycanın ilk peykinin orbitə buraxılması iki ölkə arasında genişlənən əlaqələrin növbəti nümayişidir

Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun üzvü Rodni Aleksandr 2013-cü il fevralın 13-də Konqresdə bəyanatla çıxış etmişdir. ABŞ-ın Luiziana ştatını təmsil edən konqresmen R.Aleksandr bəyanatında ölkəmizin ABŞ-ın yaxın dostu və müttəfiqi olduğunu qeyd edərək, ilk peykinin uğurla orbitə buraxılması münasibətilə Azərbaycanı təbrik etmişdir. Azərbaycan peykinin "Orbital Science Corporation" şirkəti tərəfindən ABŞ-da istehsal olunduğunu xatırladan konqresmen bu tarixi hadisəni iki ölkə arasında genişlənən əlaqələrin növbəti nümayişi kimi qiymətləndirmiş, peykin Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və Afrika ölkələrinə mühüm telekommunikasiya xidmətləri göstərəcəyini bildirmişdir. O, habelə "Azerspace-1" peykinin orbitə çıxmasını Azərbaycan Hökuməti və ABŞ-ın özəl sektoru arasında əməkdaşlığın kulminasiyası kimi təsvir etmişdir. R.Aleksandr Azərbaycanın bu peyk ilə yanaşı bir müddət əvvəl "Boeing" şirkətindən təyyarələr almaqla, ABŞ-ın aeronavtika sektoruna etimad göstərdiyini və bununla da iqtisadi inkişafın təşviqini dəstəklədiyini bəyan etmişdir. Sonda konqresmen bu tarixi hadisə münasibətilə Azərbaycanı təbrik etmək üçün həmkarlarını ona qoşulmağa dəvət etmişdir.

yap.org.az

Digər xəbərlər