Fevralın 21-də "Azərbaycan" qəzetinin redaksiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə "Ümummilli lider Heydər Əliyev-90" mövzusunda konfrans işə başlamışdır.
Konfransın moderatoru, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov tədbirin əhəmiyyətini vurğulamış, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin davamlı inkişaf yoluna çıxarılmasında, milli ordu quruculuğunda və digər sahələrdəki misilsiz xidmətlərdən danışmışdır.
Sonra Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, SAM-ın direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev məruzələri ilə çıxış edərək ümummilli liderin Heydər Əliyevin xalqımızın yaddaşında xilaskar və qurucu dövlət xadimi, milyonların məhəbbətini qazanan dahi öndər kimi qaldığını vurğulamışlar.
yap.org.az