"Rochester Democrat & Chronicle" qəzetində Feerport şəhərinin sakini Ömər Turanın Xocalı qırğınından bəhs edən "Faciənin növbəti ildönümü" sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalədə 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı qırğınının törədilməsi faktı qeyd edilir. Qəzet yazır: "600-dən çox dinc sakin. O cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirilmiş, 1000-dən çox adam itkin düşmüşdür".
Müəllif vurğulayır ki, Xocalı qırğınını törətmiş erməni silahlı qüvvələrinin vəhşilikləri qəddarlıq dərəcəsinə görə, 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində törədilmiş soyqırımından da dəhşətlidir. Ö.Turan ictimaiyyətə müraciətlə insanlıq əleyhinə bu cinayəti ABŞ-ın qanunvericilik orqanında tanımağa çağırmışdır.
"Rochester Democrat & Chronicle" qəzetinin redaksiyasına məktub PaxTurcica institutu, Azərbaycan-Amerika Şurası (AAC) və Amerika Azərbaycanlılar Cəmiyyəti (ASA) tərəfindən təşkil edilmiş kampaniya çərçivəsində göndərilmişdir.
AzərTAc