PDF Oxu

Xəbərlər

  • 357

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

Akademiyanın rektoru Urxan Ələkbərov bildirmişdir ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. O vurğulamışdır ki, Xocalıda qanlı hadisələr zamanı ermənilər tərəfindən 613 adam qətlə yetirilmiş, 150 nəfər itkin düşmüş, 1500 adam əsir götürülmüşdür.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Dua" sənədli filmi nümayiş etdirilmişdir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək, Xocalı soyqırımının tarixindən, ermənilərin Azərbaycan əhalisinə qarşı törətdiyi vəhşiliklərdən söz açmışdır. O, həmin dövrdə Azərbaycanda mərkəzi hakimiyyətin və hakimiyyət qurumlarının fəaliyyətsizliyini və gücsüzlüyünü baş vermiş faciənin səbəblərindən biri adlandırmışdır.

"Dəyirmi masa" iştirakçıları vurğulamışlar ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin hadisələrə adekvat siyasi-hüquqi qiymət verilmişdir. Xocalı soyqırımının digər ölkələr tərəfindən tanınması istiqamətində ulu öndər tərəfindən başlanmış iş bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Artıq beş ölkə və ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanımışdır.

"Dəyirmi masa" iştirakçıları yekdilliklə qeyd etmişlər ki, Xocalı faciəsi dinc azərbaycanlı əhaliyə qarşı erməni təcavüzünün və amansızlığının apogeyi olmuşdur. Onlar dünya birliyini bu soyqırımı tanımağa çağırmışlar.

AzərTAc

Digər xəbərlər