PDF Oxu

Xəbərlər

  • 376

Mübariz Qurbanlı: “Bu, çox təəssüf doğurucu hadisədir”

Mübariz Qurbanlı: “Bu, çox təəssüf doğurucu hadisədir”

"Bu, çox təəssüf doğurucu hadisədir". Hesab edirəm ki, Türkiyənin hüquq-mühafizə orqanları bu hadisəni araşdıracaq. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə qarşı təşkil edilən hücumlara münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, bu məsələ ilə bağlı açıqlama verildikdən sonra təxribatın kimlər tərəfindən törədildiyi dəqiq bilinəcək: "Hərhalda hesab edirəm ki, bu cür təxribatları yalnız erməni tərəfdarları və yaxud ermənilərin himayə etdiyi dairələr reallaşdıra bilər. Əminəm ki, bu, türk xalqının və türk hakimiyyətinin, ictimaiyyətinin böyük təpkisini qazanan bir hadisədir. Hesab edirəm ki, onlar buna öz etirazlarını bildirəcəklər. Türkiyə, türk xalqı hər zaman bizim yanımızdadır".Qeyd edək ki, Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə hücum olub. "Anadolu" agentliyinin verdiyi məlumata görə, hadisə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün imza toplanması zamanı baş verib. Gökbörü Türkçülər Dərnəyinin tədbirinə bir qrup şəxs hücum edib. Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə xəsarətlər yetirməyə başlayıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb.

yap.org.az

Digər xəbərlər