Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə sənəd qəbulunun II mərhələsi - namizədlərlə müsahibə başa çatmışdır.
AzərTAc xəbər verir ki, müsahibələr zamanı namizədlərin müvafiq peşəyə mənəvi və fiziki hazırlığı müəyyənləşdirilmiş, elektron müraciət formasında qeyd olunan sənədlərin əsli yoxlanılmışdır.
Həmçinin müsabiqədə tələb olunan bacarıqların - turnikdə ən azı 7 dəfə dartınmaq, istənilən üsulla suda ən azı 100 metr sərbəst üzmək, su səthində ən azı 2 dəqiqə özünü saxlamaq, su dibinə ən azı 4 metr baş vurmaq, su altında ən azı 10 metr sərbəst üzmək "Dalğıc Tibbi Komissiyası"nda tibbi müayinədən və namizədlərin Barokamerada 4 atmosfer təzyiqdə darofunksiya və azot narkozuna qarşı davamlılığının yoxlanılması həyata keçirilmişdir.
AzərTAc